• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Sahibə Qafarova Estoniyadadır

SİYASƏT

07 Fevral 2022 | 00:35 | Müəllif: Qalib İbrahimoğlu

Sahibə Qafarova Estoniyadadır

Fevralın 6-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, nümayəndə heyətini Tallinn Lennart Meri hava limanında Estoniyanın Azərbaycandakı səfiri xanım Anneli Kolk, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Estoniya Respublikasının prezidenti, parlamentin sədri və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026