• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya-Ukrayna müharibəsinin genişlənmə ehtimalı... - Deputatın PROQNOZU

SİYASƏT

07 Mart 2022 | 14:21 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya-Ukrayna müharibəsinin genişlənmə ehtimalı... - Deputatın PROQNOZU

"Artıq bir neçə gündür ki, Rusiya və Ukrayna arasında şiddətli döyüşlər gedir. Bu döyüşlər nəticəsində minlərlə insan həyatını itirib. Çox təəssüf ki, həlak olanlar arasında sadə vətəndaşlar, uşaqlar, qadınlar, yaşlılar da var".

Bunu Bakıvaxtı.az-a Milli Məclisin deputatı Cavid Osmanov Rusiya-Ukrayna müharibəsinin dünya müharibəsinə çevrilə bilmə ehtimalından danışarkən deyib.

Deputatın sözlərinə görə, bu gün bütün dünya çalışır ki, Rusiya-Ukrayna arasındakı münasibətləti diplomatik yolla həllinə istiqamətləndirsin. Bu prosesdə Azərbaycan və qardaş Türkiyə də öz təkliflərini irəli sürərək münaqişənin dinc yolla həllini tapmağa çalışırlar.

Cavid Osmanov:  "Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi növbəti bir mərhələyə keçməyəcək"   

"NATO tərəfindən bir neçə gündür təkrar olunub ki, bu müharibədə birbaşa iştirak etməyəcəklər" deyən C.Osmanov bu baxımdan da hesab edir ki, Rusiya-Ukrayna müharibəsi növbəti bir mərhələyə keçməyəcək.

"Düzdür, hansısa bir məqamda nüvə silahlarının hazır vəziyyətə gətirilməsi ilə bağlı məsələ də var idi, amma düşünürəm ki, bu böhran yalnız Ukrayna və Rusiya arasında olacaq”, - deyə MM üzvü qeyd edib.

Deputat bildirib ki, istənilən halda, müharibələrin gedişatını əvvəldən pr0qnozlaşdırmaq çox çətindir: “Xüsusən də indiki dövrdə daha çətindir. Üçüncü dövlətlərin də müharibəyə qoşulacağı istisna deyil. Daha sonra müharibə daha da genişlənə bilər. Amma bu, çox az ehtimal olunan bir variantdır. Proqnozlaşdırılan variant ondan ibarətdir ki, müharibə yalnız iki ölkə arasında davam edəcək”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR