• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sahibə Qafarova iranlı həmkarı ilə müzakirə apardı

SİYASƏT

09 Yanvar 2023 | 21:24 | Müəllif: Subhan Mahmudov

Sahibə Qafarova iranlı həmkarı ilə müzakirə apardı

Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud oalan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib.

Görüşdə, həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026