• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şahmat millimiz Avropa çempionatında gümüş medal qazandı

İDMAN

21 Noyabr 2023 | 00:31

Şahmat millimiz Avropa çempionatında gümüş medal qazandı

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan komandası son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva son turda qələbə qazanıb. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə məğlub olub. Yekunda 3-1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandası çempionatda 7 turda qələbə qazanıb. Yalnız bir tur gələcək çempion olan Bolqarıstana məğlub olub. Bir turda isə heç-heçə qeydə alınıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024