• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Şahzadə Harridən gözlənilməz açıqlama

DÜNYA

15 May 2021 | 09:04

Şahzadə Harridən gözlənilməz açıqlama

Britaniya şahzadəsi Harri gözlənilməz bəyanat verib.

Bakıvaxtı.az xəbər verir ki, “Armchair Expert” verilişində aktyor Daks Şepardla söhbət zamanı o bildirib ki, hələ 20 yaşı olarkən kral ailəsindən getməyi və müvafiq öhdəliklərdən imtina etməyi düşünüb.

Harri öz keçmiş həyatını “Trumen şuousu ilə zoopark arasındakı həyat” kimi səciyyələndirib.

O, uşaqlıqda keçirdiyi iztirabları xatırlayıb və öz övladlarının bu çətinliklərdən azad böyüməsini təmin etmək üçün kral ailəsindən uzaqlaşdığını qeyd edib.

Xatırladaq ki, şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında kral ailə üzvlüyündən imtina etdiklərini bəyan ediblər. Bir müddət sonra oğulları Arçi ilə ABŞ-a köçən cütlüyün bu yay qızları dünyaya gəlməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR