• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu ölkədə peyvənd olunmayanlara maaş verilməyəcək

DÜNYA

13 Iyun 2021 | 16:25

Bu ölkədə peyvənd olunmayanlara maaş verilməyəcək

Pakistanda koronavirus əleyhinə peyvənd olunmayan vətəndaşlar cəzalandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Pakistanın Pəncab vilayətində peyvənd vurduranların sayını artırmaq üçün yeni qaydalar tətbiq edilir. Belə ki, vaksinasiyadan imtina edən şəxslərin mobil telefonları bloklanır.

"Əvvəlcə bu yalnız bir tövsiyə idi, ancaq insanlar peyvənd olunmaqda çox tərəddüd etdilər və bu səbəbdən qərar tətbiq olundu",- deyə Pəncab Səhiyyə Departamentinin mətbuat katibi Hammad Raza bildirib.

Bundan əlavə, Sind əyalətində növbəti aydan etibarən peyvənd olunmayan məmurlara maaş verilməyəcək. Hesab olunur ki, bu addım ölkə üzrə vaksinasiyanı sürətləndirəcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026