• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

PUTİN: “Rusiya torpaqları qarət olunub”

DÜNYA

13 Iyul 2021 | 16:10

PUTİN: “Rusiya torpaqları qarət olunub”

“Rusiya prezidenti Vladimir Putin imperiya xislətini gizlətmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, Kreml sahibi illərdir açıqlamalarında və yazılarında eyni fikirləri təkrarlayır:

“Rusiya torpaqları qarət olunub”, “bolşeviklər özbaşına torpaq paylayıblar”, “özünüzə aid olmayan torpaqlarla Rusiyadan ayrılmamalıydınız”.

Politoloqun sözlərinə görə, Vladimir Putin bu fikirləri əsasən Ukraynaya aid işlədir, ancaq onun bu sözlərinin Rusiyanın bütün qonşularına aidiyyatı var: “Putin etiraf edir ki, Rusiya imperiyasını və ya SSRİ-ni bərpa etmək mümkün deyil. Belə isə Putin niyə hər dəfə qonşularını hədələyən açıqlamalarla çıxış edir? Putin Rusiyanın indiki gücü ilə keçmiş imperiyanı bərpa edə bilməyəcəyini anlayır, tək elə Krımın ilhaqı və müxtəlif separatçılara dəstək Rusiyaya həm siyasi, həm də iqtisadi mənada baha başa gəlir”.

“Görünür, Putin bu açıqlamalarını gənc nəsil üçün deyir ki, gələcəkdə Rusiya güclənərsə həmin gənc nəsil “itirilən torpaqları” geri qaytarsın. Putin bircə onu anlamır ki, sən başqalarından nəsə qoparmağı arzulayarkən, başqaları də sənin daha çox zəifləməni və parçalanmağını gözləyir. Sən təksən, başqaları isə çoxdur...” – deyə, Elxan Şahinoğlu qeyd edib.

Nuranə Daxilqızı

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026