• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Osmanlı sultanlarının məktubları yoxa çıxdı

DÜNYA

13 Iyun 2021 | 20:11

Osmanlı sultanlarının məktubları yoxa çıxdı

Osmanlı sultanları - Əbdüləziz və Əbdülhəmid dövründə ABŞ prezidentləri ilə qarşılıqlı olaraq yazılan məktubların itdiyi iddia olunub.

Bakıvaxtı.az Teleqraf.com-a istinadən xəbər verir ki, professor Ömər Lütfü Barkan 1979-cu ildə məktubları icazəli şəkildə Baş Nazirliyin Osmanlı Arxivindən götürüb. Lakin bir müddət sonra vəfat etdikdə geri qaytarılmayan məktublar itib.

Sosial şəbəkələrdə gündəmə gələn bu iddia 2008-ci ildə dünyasını dəyişən məşhur fizika professoru Əhməd Yüksəl Özəmrənin xatirələrinin yer aldığı “Akademik illərim” kitabına əsaslanır.

Kitabdakı iddiaya görə, Ömər Lütfü Barkan bu məktubları arxivdən alaraq geri qaytara bilmədən dünyasını dəyişəndə prokurorluq sənədləri axtarmağa başlayıb.

Məktublar Barkanın ailə üzvlərindən tələb olunsa da, müsbət cavab almaq mümkün olmayıb. Məhkəmənin qərarı ilə Barkanın evində axtarış aparılıb, amma bu da bir nəticə verməyib.

Arxiv rəhbərliyindən Barkanın hansı məktubları aldığı soruşulub, amma arxiv qeydlərində bununla bağlı məlumat olmadığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026