Son zamanlar Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 5 saniyədə satdığı güzəştli mənzillərə görə gündəmdə olan Yasamal Yaşayış Kompleksinin sakinləri bu ərazidəki ekoloji vəziyyəti gündəmə gətiriblər.
Bakıvaxtı.az xəbər verir ki, sakinlər Yasamal Yaşayış Kompleksi yaxınlığındakı yaşıllıq ərazinin abadlaşdırılması üçün müvafiq qurumlara müraciət ediblər.
Yasamal Yaşayış Kompleksinin sakinləri burada - “Zefir Mall”un yaxınlığında 6 hektar yaşıllıq ərazinin bərpası, mühafizəsi və meşə tipli parka çevrilməsini tələb edirlər.
Deyilənlərə görə, bu yaşıllıq ərazi həm "Zefir Mall" tikilən zaman, həm ətrafdakı "gecəqondu"larda yaşayanlar, həm də qanunsuz tikilən obyektlər tərəfindən zibillənib.
İbRa




















