Xəbər verdiyimiz kimi, Jerar Pike və Şakira cütlüyü 12 illik münasibətlərinə bu ilin iyun ayında son qoyublar.
Bakıvaxtı.az-ın məlumatına görə, məşhur müğənni ilk dəfə ayrılıq prosesindən danışıb.
Ayrılıq prosesinin çox çətin olduğunu bildirən Şakira diqqətçəkən açıqlamalar verib. 45 yaşlı müğənni bildirib ki, susaraq olanları həzm etməyə çalışıb:
"Mən susmağa və hər şeyi həzm etməyə çalışdım. Bu barədə danışmaq həqiqətən çətindir. Bütün gözlər mənim üzərimdədir və ayrılığımız sıradan bir ayrılıq deyil. Bu, təkcə mənim üçün deyil, övladlarım üçün də çox çətin prosesdir".
Nur
















