• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şalğam suyunun hansı faydaları var?

CƏMİYYƏT

20 May 2022 | 06:09 | Müəllif: Qalib İbrahimoğlu

Şalğam suyunun hansı faydaları var?

Şalğam alma böyüklüyündə olan kök tərəvəzdir. Şalğam suyu Anadolunun Çukurova bölgəsinə xas bir içkidir.

Bakıvaxtı.az xəbər verir ki, daha çox Türkiyənin Adana, Mersin, Osmaniye kimi bir sıra cənub bölgələrində geniş istifadə olunur. Qış aylarında vitamin deposudur, həmçinin aşağı kalorili tərəvəzdir.

Qida mütəxəssisi Leyla Kərimlinin Azərtac-a  deyib ki, tərəvəz ağ, qırmızı, qara və bənövşəyi rənglərdə olur. Şalğamı çiy yemək, bişirmək, şirəsini çıxarmaq və turşusunu qoymaq olar. Suyunun acı və şirin növləri var, acı şalğam suyunu hazırlamaq üçün, əsasən, acı bibərdən istifadə olunur. Lakin şalğam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalğam suyu adətən kababla içilir. Plastik qabda saxlanıldığı halda dadı dəyişə bilər, buna görə də daha çox şüşə və ya saxsı qablarda saxlanılır.

Onun dediyinə görə, bu içki daha çox kişilərin ağız dadına uyğundur və ət yeməklərinin yanında içilir: “Onun toxumundan əldə edilən yağ, hətta yarpaqları da sağlamlıq üçün faydalıdır. Şalğam həzmi asanlaşdırır, tərkibindəki lif qəbizliyi aradan qaldırır, ağciyər və bronxları təmizləyir, dəri xəstəliklərində faydalıdır. Tərkibində bol miqdarda olan kalium sayəsində yüksək qan təzyiqini aşağı salır. Revmatizm, mədə və bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. İştahanı artırır, kökəlmək istəyənlər ondan istifadə edə bilərlər”.

Tərkibində duz çox olduğuna görə yüksək qan təzyiqindən əziyyət çəkənlər və hamilə qadınlar ondan az istifadə etməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026