• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Salyanda ağır yol qəzası - ölən və xəsarət alanlar var

HADİSƏ

27 Dekabr 2022 | 18:38 | Müəllif: Subhan Mahmudov

Salyanda ağır yol qəzası - ölən və xəsarət alanlar var

Salyan rayonunda bir nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki,  hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobil yolun kənarında dayanmış “Ford” markalı avtomobilin arxa hissəsinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və iki nəfər xəsarət alıb. Həmin şəxslərin xəsarəti yüngül olduğundan hadisə yerində onlara ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Ölən şəxsin meyiti isə müayinə üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026