• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Samir Nuriyev ümummilli liderin məzarını ziyarət edib

CƏMİYYƏT

10 May 2023 | 20:49 | Müəllif: Subhan Mahmudov

Samir Nuriyev ümummilli liderin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev əbədiyaşar liderin Fəxri xiyabanda məzarını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Samir Nuriyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramını bildirib.

Sonra Prezident Administrasiyasının rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstəsi qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026