• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Xaricdən həkimlərin ölkəyə dəvət olunması problemin həlli deyil

CƏMİYYƏT

09 Iyun 2023 | 17:44

Xaricdən həkimlərin ölkəyə dəvət olunması problemin həlli deyil

“Son zamanlar regionlarda həkim çatışmazlığı problemi müzakirə mövzusuna çevrilib. Əslində bu problem bizi çoxdan narahat edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında tanınmış həkim Vaqif Qarayev deyib. V.Qarayev bildirib ki, xaricdə işləyən həkimlərin ölkəyə dəvət olunmasını problemin həlli kimi önə çəkirlər: “Amma bu çıxış yolu deyil. Harada işləməsindən asılı olmayaraq həkimlərin sosial durumu onları qane etməlidir. Bu olmayacağı təqdirdə problem daha da ciddi xarakter alacaq. Yəni Bakıya köçün qarşısını ala bilməyəcəyik”.  

V.Qarayev əlavə edib kmi, İcbari Tibbi Sığorta yarananda bu problemin tədricən öz həllinin tapacağını gözləyirdik: “Düşünürdük ki, həkimlərin regiona getməsi üçün bir stimul olacaq. Amma təəssüf ki, bu baş vermədi. Görünən odur ki, həkimlərin məişət məsələləri öz həllini tapmır. Mənzil, bağça, məktəb, əyləncə məkanları və digər məsələrlə bağlı çatışmazlıqların olması  gənc həkimləri qane etmir. Eyni zamanda bilirsiniz ki, rayonlarda tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsində problemlər var. Bu problem də regionda həkim çatışmazlığının yaranmasında xüsusi rol oynayır. Xaricdə fəaliyyət göstərən həkimlərin ölkəyə qayıtması üçün onlara cəlbedici təkliflər edilməlidir. Yəni normal maaş sistemi olmalıdır. Nəzərə almalıyıq ki, onlar xaricə yaxşı maaş almaq məqsədi ilə gediblər. 

Ümumiyyətlə həkim çatışmazlığı problemi ciddi məsələdir və öz həllini tapmalıdır”.

Cavad


SON XƏBƏRLƏR

18 Mart 2024