"Bavariya"da sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Leroy Sane ötən ayın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, 25 yaşlı oyunçu sentyabrda "Bavariya"nın heyətində bütün yarışlarda 5 oyunda 3 qol vurub, 4 qolun ötürməsini verib.
















