• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Saray qəbiristanlığından oğurluq edildi - VİDEO

HADİSƏ

04 Fevral 2025 | 09:44

Saray qəbiristanlığından oğurluq edildi - VİDEO

Abşeronun Saray qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə sakinlər “Xəzər Xəbər”ə danışıblar. Onlar bu vəziyyətdən məzarları ziyarətə gələn zaman xəbər tutduqlarını deyiblər.

Məsələ ilə bağlı Saray qəsəbəsi üzrə İcra nümayəndəliyindən bildirilib ki, hadisədən xəbərdardırlar. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Abşeron rayon Polis İdarəsindən isə qeyd edilib ki, məsələ barədə dərhal araşdırma aparılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Daha ətraflı süjetdə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026