• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SAXAL-ın itkiləri açıqlandı - STATİSTİKA

CƏMİYYƏT

16 Fevral 2024 | 11:29

SAXAL-ın itkiləri açıqlandı - STATİSTİKA

İsrail ordusu (SAXAL) HƏMAS-la müharibədə 7 oktyabrdan indiyə qədər ümumilikdə 571 hərbçi itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (Israel Defence Forces - IDF) mətbuat xidməti məlumat yayıb.

    Məlumatda deyilir ki, ötən gün ərzində anklavın Xan Yunis şəhərində gedən döyüşlərdə daha bir İsrail hərbçisi həlak olub, 8 hərbçi yaralanıb.

    Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başlayandan indiyədək həlak olan hərbçilərinin sayı 233 nəfərə çatıb.

    Xatırladaq ki, ötən ilin 7 oktyabrında HƏMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.

    İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HƏMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.

    İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.

    24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026