• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Saxta Qarabağ əlilləri arasında dava düşdü - ŞOK VİDEO

CƏMİYYƏT

17 May 2021 | 18:48

Saxta Qarabağ əlilləri arasında dava düşdü - ŞOK VİDEO

Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən amansızcasına döyülüb.

Redaksiyamıza təqdim olunan videoda görünür ki, onu “həmkarlar”ı əsalarla şil-küt edirlər. Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür. O və həmçinin dəstənin digər üzvləri  oxuculara SOCAR-ın ərazisində, Əhmədli metrosunun yaxınlığında  qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.

Döyülən şəxs – Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.

Hadisə şahidlərinin bildirdiyinə görə M. Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb araların olan pul haqq-hesabı olub. Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib.Yenisabah


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR