• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şaxtalı havada aksiya böyük coşqu ilə davam edir

CƏMİYYƏT

09 Yanvar 2023 | 00:09 | Müəllif: Subhan Mahmudov

Şaxtalı havada aksiya böyük coşqu ilə davam edir

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc aksiya gecə saatlarında da böyük coşqu ilə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, aksiya fəalları plakatlar qaldırıb ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.

Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları bəyan edirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 28 gündür davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026