• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səbuhi Məmmədlinin son durumu AÇIQLANDI

CƏMİYYƏT

08 Avqust 2023 | 16:15

Səbuhi Məmmədlinin son durumu AÇIQLANDI

Bir neçə gündür səhhəti ilə bağlı problem yaşayan jurnalist Səbuhi Məmmədlinin vəziyyəti açıqlanıb. 

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, jurnalistin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Səbuhi Məmmədli avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülüb.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onda aşağı ətrafda damar mənşəli qan dövranı pozğunluğu müəyyən olunub. Xroniki böyrək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet xəstəliyi üzrə də müalicəsi davam etdirilir. 

Xatırladaq ki, S.Məmmədlidə daha əvvəl digər ətrafın amputasiyası əməliyyatı da icra olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026