“Əlavə təhsil zamanı zamanı kollecin heyəti tərəfindən sənədlər yoxlanılır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böyük mütəxəssisi Xanım Məmmədova deyib.
Onun sözlərinə görə, müsahibədə seçim onların tibb sahəsinə həvəsi, tibb təhsili olanlara, tibb işçisi kimi fəaliyyat göstərənlərə üstünlük verilir.
X.Məmmədova bildirib ki, təhsil prosesi təhsil proqramına əsasən aparılır.
Təhsil əyani formada, həftədə 5 gün keçirilr.
"Əcnəbi vətandaşlığı olmayan şəxslər barədə Elm və Təhsil Nazirliyinə məlumatlar verilir" deyən X.Məmmədova bildirib ki, onların sənədləri mütəmadi olaraq yoxlanılır.
"Əgər onların müvəqqəti yaşayış icazəsindən 90 gün keçibsə onlar təhsildən uzaqlaşdırılır".
Mina Mikayılova
















