• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Şəhər Şurası müflis oldu

DÜNYA

06 Sentyabr 2023 | 11:17

Şəhər Şurası müflis oldu

İngiltərənin ən böyük şəhərlərindən olan Birmingem Şəhər Şurası müflis olduğunu açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, buna Şuranın 760 milyon funt-sterlinqlik "bərabər əmək haqqı ödənişləri" səbəb olub.

Birmingem Şəhər Şurasının yaydığı açıqlamada qeyd olunur ki, Nümayəndələr Palatası bu günə qədər hesablanmış bərabər ödəniş öhdəliyini (650 milyon ilə 760 milyon arasında) hələ də maliyyələşdirmək iqtidarındadır, lakin bunu etmək üçün resursları yoxdur.

Vurğulanır ki, səlahiyyətlilər artıq mövcud olan xərclərə nəzarəti gücləndirsə də, iflas həssas və hüquqi xidmətlərin qorunmasından başqa bütün yeni xərclərin dərhal dayandırılması deməkdir.

Qeyd edək ki, bələdiyyədə çalışan, əksəriyyəti qadınlardan ibarət yüzlərlə insan 2012-ci ildə Ali Məhkəməyə müraciət edərək kişilərin üstünlük təşkil etdiyi vəzifələrdə çalışan kadrlara verilən mükafatları ala bilmədiklərini bəyan etmişdilər. Ali Məhkəmə 'ayrı-seçkilik' səbəbiylə işçilərin xeyrinə qərar çıxarıb v Şəhər Şurasına bu vəzifələrdə çalışanlara 'bərabər maaş tələbləri' adı altında mükafatlar ödəməyi əmr etmişdi. Birmingem Şəhər Şurası bu əmrdən faydalananlara 1,1 milyard funt sterlinq ödəmişdi.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026