• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şəhid Təbriz Rəhimov Yevlaxda torpağa tapşırıldı- FOTO

CƏMİYYƏT

14 Sentyabr 2022 | 15:30 | Müəllif: Qalib İbrahimoğlu

Şəhid Təbriz Rəhimov Yevlaxda torpağa tapşırıldı- FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Rəhimov Təbriz Rəhim oğlu Yevlax rayonunun Gülövşə kəndində torpağa tapşırılıb.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin I müavini, Milli Məclisin deputatı Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, general-mayor Aqil Babayev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Təbriz Rəhimovun nəşi kənd qəbiristanlığında yaylım atəş sədaları altında dəfn olunub.

Dəfn mərasiminin iştirakçıları sonra şəhidin yaşadığı evə gələrək, ailə üzvləri ilə görüşüb, onlara başsağlığı veriblər.

Görüş zamanı qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız azad olunub. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn Təbriz kimi igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq. Şəhidin atası Rəhim Rəhimov “Vətən sağ olsun” deyərək, oğlu ilə fəxr etdiyini bildirib.

Aytac Aslan 


Şəhid Təbriz Rəhimov Yevlaxda torpağa tapşırıldı- FOTOŞəhid Təbriz Rəhimov Yevlaxda torpağa tapşırıldı- FOTOŞəhid Təbriz Rəhimov Yevlaxda torpağa tapşırıldı- FOTOŞəhid Təbriz Rəhimov Yevlaxda torpağa tapşırıldı- FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR