• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Bütün Qarabağın Azərbaycan qanunlarının işləməsini təmin etməliyik"

CƏMİYYƏT

27 Sentyabr 2022 | 11:33

Bütün Qarabağın Azərbaycan qanunlarının işləməsini təmin etməliyik

“İkinci Qarabağ müharibəsi böyük qələbəmiz idi, həm torpaqlarımızın böyük hissəsini geri qaytardıq, həm də təxminən 28 il davam edən psixoloji gərginliyə son qoyduq. Allah şəhidlərmizə rəhmət eləsin! Onların sayəsində başımız dikdir. Ancaq bu hələ son deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, hələ görüləcək işlərimiz var. Onun sözlərinə görə, ilk növbədə Qarabağın tamamı separatçılardan təmizlənməli və yerdə qalan ərazilər azad olunmalıdır: "Qarabağın tamamında Azərbaycan qanunlarının işləməsini təmin etməliyik. Ermənistanla Qarabağ arasında inşa etdiyimiz alternativ yol nəzarətimizə keçməli, yolun başlanğıcında sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır".

E.Şahinoğlu bildirib ki, Ermənistanla sərhədin müəyyənləşməsiylə bağlı sənəd imzalanmalıdır: "Qərbi Zəngəzur dəhlizinin işə düşməsini təmin etməliyik. Ermənistanla sülh sazişi imzalanmalıdır”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

25 Aprel 2024