“Təzə tikilən 4 mərtəbəli villamıza hələ ki köçməmişəm. Orada təmir işləri gedir”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Rəngarəng səhər” verilişində deyib.
Müğənni yeni villalarının tikintisinin maliyyə xərclərini həyat yoldaşının öz üzərinə götürdüyünü bildirib:
“O villanın tikilməsinə xərclənən pullar haqda məlumatım yoxdur. Villanı həyat yoldaşım tikir. Mən o işlərə qarışmıram. Niyə qarışım ki, bu, qadın yox, kişi işidir. Mənim heç bir köməyim yoxdur. Öz qazancımı, pullarımı sənətimə xərcləyirəm. Hətta bəzən olur ki, ərim yeni mahnı alanda və ya klip çəkdirəndə mənə maddi köməklik edir. Elə olub ki, mənə 4000-5000 manat pul da verib”.
Qeyd edək ki, Səidə Sultan ötən ilin avqust ayında ailə həyatı qurub.
Ziyafət Əlisoy
















