• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səlim Müslümov dövlətə nə qədər ödəyib?

CƏMİYYƏT

03 Aprel 2023 | 18:59 | Müəllif: Subhan Mahmudov

Səlim Müslümov dövlətə nə qədər ödəyib?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümovun vəkilləri vəsatətlə çıxış edib.

Vəkillər israfetmə epizodu üzrə ayrılmış cinayət işində dəymiş ziyanın ödənişi ilə bağlı hazırkı vəziyyəti öyrənmək üçün istintaq orqanına sorğu verilməsini xahiş ediblər.

Vəkillər həmçinin hazırda istintaqda olan cinayət işi üzrə cəlb olunan şəxslərin, xitam verilən işlərin sayının müəyyən edilməsini də istəyiblər.

Hakim bildirib ki, istintaqda israf etmə ilə bağlı ayrılan cinayət işində məsuliyyətə cəlb olunan şəxslərin dairəsi müəyyənləşdirilir:

"Biz həmin iş üzrə nə qədər ziyanın ödənilməsini öyrənməliyik. Bu, gələcəkdə məhkəmənin hökm çıxaran zaman nəzərə alması üçün vacibdir".

Hakim deyib ki, hazırkı mərhələdə nə qədər ziyanın ödənilməsi ilə bağlı istintaq orqanından şifahi cavab almaq üçün müraciət olunacaq./teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026