• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səlim Müslümova HÖKM OXUNDU - YENİLƏNİB

CƏMİYYƏT

17 Yanvar 2024 | 18:13 | Müəllif: Subhan Mahmudov

Səlim Müslümova HÖKM OXUNDU - YENİLƏNİB

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, Səlim Müslümova ittiham oldunduğu maddələrlə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

    Lakin məhkəmə onun dövlətə vurduğu ziyanın əksər hissəsini ödədiyini nəzərə alaraq, cəzanın 5 ili sınaq müddəti seçilməklə şərti hesab edib.

    Bundan başqa, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək.

    Sabiq nazir barəsində ev dustaqlığı isə başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.

     

    ***

    18:00

    Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

    Prokuror Səlim Müslümovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini, dövlətə dəymiş ziyanın əksər hissəsini ödədiyini nəzərər alaraq cəzasının şərti hesab edilməsini istəyib.

    Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.

    Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
    O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026