• Bakı 19° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şəmkirdə BIÇAQLANMA: Həmkəndlilər bir-birini... - TƏFƏRRÜAT - YENİLƏNİB

HADİSƏ

22 Noyabr 2022 | 09:48

Şəmkirdə BIÇAQLANMA: Həmkəndlilər bir-birini... - TƏFƏRRÜAT - YENİLƏNİB

Şəmkirdə törədilən bıçaqlanma hadisənin təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, rayonun Könüllü kəndində - 1989-cu il təvəllüdlü Pərviz İsayev 1977-ci il təvəllüdlü Azər Əliyevlə söyüş üstdə mübahisə edib.

Bu zaman P.İsayev A.Əliyevə bir neçə bıçaq zərbəsi vuraraq ona xəsarətlər yetirib. Bundan xəbər tutan A.Əliyevin qardaşı, 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyev hadisə yerinə gəlib və üzərində olan bıçaqla P.İsayevə xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis B.Əliyevi saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. /Report

***

08:59

Şəmkir rayonunda bıçaqlanma olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

E.Qasımov deyib ki, Şəmkir rayon Polis Şöbəsinə rayonun könüllü kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz İsayevin bir neçə bıçaq zərbəsi alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları təxrə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, P. İsayev həmkəndlisi Azər Əliyev ilə mübahisə edən zaman, sonuncunun qardaşı Bəxtiyar Əliyev özünəməxsus bıçaq ilə ona bir neçə bıçaq zərbəsi vurmuş, P. İsayev isə A. Əliyevin qarın və bel nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Hazırda araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR