• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

""Səni axtarıram" çox kişinin qorxulu yuxusudur" - Xoşqədəm Hidayətqızı

MƏDƏNİYYƏT

12 Iyun 2023 | 15:37

""Səni axtarıram" çox kişinin qorxulu yuxusudur" - Xoşqədəm Hidayətqızı

""Səni axtarıram" bir çox kişilərin qorxulu yuxusudur".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Günaydın Azərbaycan" verilişində aparıcı-jurnalist Xoşqədəm Hidayətqızı deyib. 

O, sözügedən verilişlə bağlı maraqlı məlumatı danışıb:

"Gəncədə bir hörmətli insan həyat yoldaşını bizim verilişə baxmağa qoymurdu. Günlərin birində yoldaşı verilişə baxır  və mən məktubu oxuyuram. "Mən filankəsəm atamı axtarıram". Bir də gördüm qadın əlaqə saxladı ki, kişinin şəklini göndərin. Həmin kişinin də şəklinin yarısı var idi. Mən də şəkili qadına atmışam.Həmin vaxtlar axşam yayımlanırdı "Səni axtarıram" nə isə oturub baxırlar verilişə. Kişi yenə deyir: "mənim ürəyim ağrıyır bağla onu", qadın deyir yox baxaq. Mən yenə məktubu oxuyuram. Kişiyə deyir ki, bəlkə bu sənsən. Deyir yox sən nə danışırsan mən oralarda olmamışam. Sonra şəkili göstərir kişinin ürəyi tutur elə orda",- deyə bildirib.

X.Hidayətqızı sonda qeyd edib ki, nə vaxtsa, "Səni axtarıram" verilişində olan maraqlı hadisələrdən kitab yazacaq.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026