Uzun müddətdir sevgili olan və evlilik xəbərləri gözlənilən məşhur cütlüyün - Aslıhan Gürbüz və İsmail Hacıoğlunun ayrıldığı iddia olunur.
Bakıvaxtı.az-ın bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumatlara görə, aktrisa Asllhan Gürbüzün həmkarı və sevgilisi İsmail Hacıoğlunu bloka atıb.
Cütlüyün uzun müddətdir tez-tez mübahisə etdiyi bildirilir. Nəticədə isə aktrisa sosial media hesabında sevgilisi ilə olan şəkilləri silib.
Qeyd edək ki, İsmail Hacıoğlu ən son "Mahkum" serialı ilə adından söz etdirmişdi.
Xəyalə Rza


















