SEPAH 7 üzvünün İsrailin Suriyadakı İran konsulluğuna hücumda öldüyünü təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi ictimaiyyətlə əlaqələr idarəsi bəyanat yayıb.
Bildirilib ki, Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində ölüb.
22:38
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) generalı Məhəmməd Hadi Hacı Rəhimi də İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Rəhimi SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahidinin müavini vəzifəsində çalışıb və o da diplomatik missiyaya hücum zamanı həlak olub. Press TV-nin məlumatına görə, Zahedi Livan və Suriyada SEPAH-ın Qüds qüvvələrinin bölmələrinə komandanlıq edib.
20:00
SEPAH-ın generalı İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, Məhəmməd Rza Zahidi İsrailin Dəməşqdə endirdiyi raket nəticəsində öldürülüb.
Qeyd edək ki, ötən gün və bu gün İsrail Dəməşqə aviazərbələr endirib. Bu gün endirilən zərbə İranın Dəməşqdəki səfirliyinin yanına düşüb.
















