• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Serbiya Prezidentindən ETİRAF: “İlham Əliyev olmasaydı..."

SİYASƏT

01 Oktyabr 2022 | 21:19 | Müəllif: Subhan Mahmudov

Serbiya Prezidentindən ETİRAF: “İlham Əliyev olmasaydı..."

“Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi zamanı deyib.

Onun sözlərinə görə, layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir:

“Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız.

Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026