• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məhəmməd Baqir Qalibaf Azərbaycana nə vaxt gəlir?

SİYASƏT

31 Oktyabr 2022 | 17:30

Məhəmməd Baqir Qalibaf Azərbaycana nə vaxt gəlir?

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri İran və Azərbaycan arasında yaxşı, yaxın və inkişaf edən əlaqələr çərçivəsində baş tutur.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani APA-nın Qalibafın Azərbaycana səfərinə dair sualına cavabında deyib.

XİN sözçüsü bildirib ki, artıq səfərin təşkili və səfərin qrafiki müəyyən edilib.

“Səfər tezliklə həyata keçiriləcək. Ümid edirik ki, bu səfər parlament sahəsində də əməkdaşlığın artırılmasına zəmin yaradacaq”, - Nasir Kənani qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, İran İslam Respublikası hökumətinin bütün qonşularına münasibətdə əməli yanaşması qarşılıqlı hörmət əsasında münasibətləri dərinləşdirməkdən ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026