• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ceyhun Bayramov konfransda iştirak edir

SİYASƏT

30 Noyabr 2022 | 15:49

Ceyhun Bayramov konfransda iştirak edir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Regionda yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülh arxitekturasının perspektivləri” adlı konfransda iştirak edir.

Bakıvaxtı.az  xəbər verir ki, konfrans Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilir.

Tədbir iştirakçıları Cənubi Qafqazda cari geosiyasi prosesləri, bu regionda davamlı sülhün və inkişafın təmin edilməsi perspektivlərini müzakirə edəcəklər.

Xatırladaq ki, dekabrın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak edəcək.


Ceyhun Bayramov konfransda iştirak edirCeyhun Bayramov konfransda iştirak edir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026