• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şərqi Zəngəzur aerokosmik şəkillərlə təhlil ediləcək

İQTİSADİYYAT

07 May 2022 | 19:54 | Müəllif: Subhan Mahmudov

Şərqi Zəngəzur aerokosmik şəkillərlə təhlil ediləcək

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlili təmin ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə qeyd olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməlidir.

Nazirliyə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026