• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Seymur Talıbov işdən çıxarılıb? - RƏSMİ

CƏMİYYƏT

01 Dekabr 2022 | 15:42

Seymur Talıbov işdən çıxarılıb? - RƏSMİ

Dünən Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlər yayılmışdı. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu bildirilirdi.

Bakıvaxtı.az  bildirir ki, yayılan xəbərlə bağlı Manset.az-ın əməkdaşı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə əlaqə saxlayıb.

O, məlumatın yalan olduğunu bildirib:

"Seymur müəllimin işdən azad olunması haqda xəbər doğru deyil. Belə bir rəsmi qərar yoxdur. Prorektorun işdən azad olunması məsələsi mənim səlahiyyətimdə deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Buna baxmayaraq, belə bir rəsmi qərar yoxdur. Seymur müəllim universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorudur”.


SON XƏBƏRLƏR