ABŞ Prezidenti Co Bayden görüş təklifinin Çin Prezidenti Si Tszinpin tərəfindən rədd edildiyi barədə məlumatı şərh etdi.
Bakıvaxtı.az xəbər verir ki, Amerika lideri bu məlumatın doğru olmadığını bildrib .
Bənzər bəyanatı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da verdi. Onun sözlərinə görə, bu melumat reallığa uyğun deyil.
Xəbərin müəllifi Demetri Sevastopulo öz Twitter hesabında yazıb ki, nəşr bu məlumatda israrlıdır:
"ABŞ Prezidenti Co Bayden Çin Prezidenti Si Tszinpini şəxsi görüşə dəvət etdi, lakin bu təklif qəbul edilmədi. Financial Times bu barədə iki siyasətçi arasında sentyabrın 9 -da baş tutan telefon danışığının gedişi ilə tanış olan mənbələrə istinadən yazır.
Amerikanın təşəbbüsü ilə təşkil edilən söhbət bir saat yarım davam etdi. Bu, Baydenin dövründə ABŞ və Çin liderləri arasında yalnız ikinci danışıq idi. Birincisi yeddi ay əvvəl, fevralın 10 -da baş verdi".
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















