• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Simonyan KTMT iclasında İŞTİRAK ETMƏYƏCƏK

DÜNYA

05 Dekabr 2023 | 13:15

Simonyan KTMT iclasında İŞTİRAK ETMƏYƏCƏK

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının dekabrın 19-u Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı A.Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan açıqlayıb. 

Onun sözlərinə görə, Simonyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə rəsmi məktub ünvanlayaraq onu bu barədə məlumatlandırıb: “Ermənistan parlamentinin nümayəndə heyəti də iclasda iştirak etməyəcək”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan nümayəndə heyəti noyabrın 23-ü Minskdə keçirilən KTMT sammitində iştirak etməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdən bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı tədbirdə iştirak etməyəcəyini deyib. Bununla yanaşı, ölkənin XİN rəhbəri Ararat Mirzoyan da sammitə getməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026