• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Son 20 ildə 435 məscid tikilib

CƏMİYYƏT

21 Dekabr 2023 | 11:47

Son 20 ildə 435 məscid tikilib

Son 20 ildə Azərbaydanda 435 məscid tikilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan müstəlliyini bərpa edən zaman cəmi 17 məscid fəaliyyət göstərirdi: "Dövlətimizin din sahəsində siyasəti tolerantlığa əsaslanıb. Bu gün isə ölkədə 2 253 məscid var. Yüzlərlə məscid Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq vətəndaşların istifadəsinə verilib".

M.Qurbanlı bildirib ki, azad edilən ərazilərdə də bərpa işləri davam edir: "Bir neçə müddət əvvəl Şuşada Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib. Digər işğaldan azad edilən ərazilərdə də təmir-bərpa işləri tamamlandıqdan sonra təyinatlar baş tutacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026