• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib

HADİSƏ

07 Dekabr 2021 | 12:09

Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib

Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.

KTM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb.

Qeyd olunub ki, müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb.

Havaların soyuması ilə əlaqədar son zamanlar dəm qazından zəhərlənmə hallarının çoxaldığını qeyd edən Mərkəz, bu səbəbdən də əhalini ehtiyatlı olmağa çağırır: "Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır".

Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026