• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Son günlər İran özünü həyasız aparır” - AÇIQLAMA

DÜNYA

23 Sentyabr 2021 | 11:25

“Son günlər İran özünü həyasız aparır” - AÇIQLAMA

“Son günlərdə Azərbaycana münasibətdə İran özünü çox impulsiv və hətta bir qədər həyasız aparır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib.  

O, səbəbdən belə qeyd edib:

-Azərbaycanın Qarabağ savaşındakı uğurunu həzm edə bilmir;

-açıq dəstək verdiyi Yerevanın uduzmağından məyusdur;

-müsəlman dövlətləri kimi Türkiyə və Pakistanın bölgədə artan nüfuzundan narahatdır;

-Rusiyanın “Zəngəzur dəhlizi”nin açılmasına tərəfdar olmasından qorxur;

-özünün riyakar “islam həmrəyliyi” siyasətinin ifşa olunmasından, Azərbaycandakı “5-ci kolon”unun seyrəlməsindən pəjmürdədir;

-Ərdoğan-Putin görüşündən (Soçi, 29 sentyabr) və ümumən Rusiya-Türkiyə işbirliyindən ehtiyatlanır;

-Türkiyə və Ermənistan arasında yaxınlaşmanı özü üçün fəlakət sayır və s.

“İranın hərbi təlimlərinə cavab olaraq Türkiyə sərhədə xeyli qoşun, hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatları (PUA, “Bayraktar” və s.) yığıb.

Tehranda və Təbrizdə isə İranın Ermənistana dəstəyinə qarşı kütləvi etirazlar başlayıb…” – deyə, Qulu Məhərrəmli bildirib.

Nuranə Daxilqızı

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026