Fevral ayının ilk on günü ərzində Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Bakıvaxtı.az Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı gündəlik məlumata istinadən xəbər verir ki, fevralın 1-dən 10-dək ölkədə 67 307 nəfər COVID-19-a yoluxub.
Fevralın ilk 10 günü ərzində 238 nəfər isə koronavirusun qurbanı olub.
Qeyd olunan müddət ərzində aktiv xəstə sayı 23 300 nəfər artaraq, 50 896-ya çatıb.
Aytac Aslan
















