Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 287 vaksin vurulub.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 92, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 89, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.

















