Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə terrorla mübarizə sahəsində əldə olunan nailiyyətlərdən danışıb.
Bakıvaxtı.az-ın məlumatına görə, nazir bu ilin ilk aylarında ölkədə 26 terror hadisəsinin qarşısının alındığını bildirib. “İlin əvvəlindən etibarən 26 terror aktının qarşısı alınıb. Özü də onlardan biri bu günə təsadüf edir”, - deyə S.Soylu bəyan edib. Onun sözlərinə görə, ötən il ərzində DİN 152 terror cinayətinin reallaşdırılmasına imkan verməyib.
S.Soylu əlavə edib ki, ilin əvvəlindən bugünədək 121 PKK terrorçusu zərərsizləşdirilib.
















