• Bakı C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE

SİYASƏT

10 Fevral 2026 | 14:11

Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.

A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.


SON XƏBƏRLƏR