“Mayın 19-da Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi ABŞ və Avropa İttifqından sonra növbəti təşəbbüsdür”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının keçiriləcək üçtərəfli görüşünü şərh edən deputat Musa Qasımlı deyib.
Onun sözlərinə görə, heç bir tərəf Ermənistan-Azərbaycan münasibətləri məsələsində təşəbbüsü və ya hegemonluğunu əldən vermək istəmir: “Amma üçtərəfli bəyanat Rusyanın vasitəçiliyi ilə imzalanıb. İndi Rusiyanın Ukrayna ilə müharibə apardığı şəraitdə Qərbə çıxış imkanları zəiflədiyi üçün bizim regionumuzdan keçərək Yaxın, Orta Şərqə daha çox nüfuz etmək istəyir”.
Deputat qeyd edib ki, bu məsələdə də fərqliliklər var. Dediyinə görə, Avropa İttifaqı hesab edir ki, Zəngəzur dəhlizi Ermənistanın nəzarəti altında olmalıdır, Rusiyada isə fərqli düşünürlər: “Əgər Ermənistanda siyasi realizm üstün gələrsə, erməni rəhbərləri təcili olaraq sərhədlərin delimitasiyası və demarkasiyasına getməli və sülh sazişini imzalamalıdırlar”.
“Emənstanın gələcəyi qonşularla dil tapıb, mehriban şəraitdə yanaşı yaşamaqdan keçir”, - deyə Musa Qasımlı vurğulayıb.
Cavad






jpg-1686996666.webp)

jpg-1686995099.webp)
jpg-1686991231.webp)




jpeg-1687272452.webp)

