• Bakı 13° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Sülhməramlıların minik avtomobili Laçına getdi

CƏMİYYƏT

12 Mart 2023 | 23:17 | Müəllif: Subhan Mahmudov

Sülhməramlıların minik avtomobili Laçına getdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Bakıvaxtı.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR