Sumqayıt Bələdiyyəsinə yeni mətbuat katibi təyin olunub.
Bu barədə Bakıvaxtı.az-a Sumqayıt Bələdiyyəsindən bildirilib.
Məlumatı təsdiqləyən Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Allahverdizadə Bakıvaxtı.az-a bildirib ki, artıq işlərin icrasına başlayıb:
"Bəli, təyinat almışam. Artıq Sumqayıt Bələdiyyəsində işlərin icrasına başlamışam. Perspektivdə görüləcək işlərlə tanışlıq olub, kollektivə təqdim edilmişəm".
Aytac Aslan
















