• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sumqayıtda kalsium karbonat istehsalı zavodu inşa olunacaq

İQTİSADİYYAT

06 Oktyabr 2021 | 20:35 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda kalsium karbonat istehsalı zavodu inşa olunacaq

Sumqayıt Kimya Sənaye Parkının ərazisində boya istehsalında üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edəcək zavod inşa olunacaq.

İqtisadiyyat Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, istehsal Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək.

Layihənin investisiya dəyəri təqribən 7 mln. manat təşkil edir.

İllik istehsal gücü 36 min ton təşkil edəcək müəssisədə 40 daimi iş yeri yaradılacaq.

İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə də ixrac ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026