• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Sumqayıtda qanunsuz ət kəsimi məntəqələri aşkarlandı

CƏMİYYƏT

17 Noyabr 2021 | 14:40 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda qanunsuz ət kəsimi məntəqələri aşkarlandı

Sumqayıtda antisanitar şəraitdə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentlik əməkdaşları Sumqayıt şəhəri, 3-cü mkr. ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR